Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Samuxda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Samuxda vətəndaşları qəbul edəcək
# 25 sentyabr 2017 09:35 (UTC +04:00)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 29-da Samux şəhərində vətəndaşları qəbul edəcək.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəbul Samux şəhərindəki Heydər Əliyev Mərkəzində saat 11.00-dan keçiriləcək.

Qəbulda yalnız Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Samux şəhərində Heydər Əliyev Mərkəzində 28 sentyabrda saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR