SOCAR-ın törəməsi "Petkim"dəki payının daha bir hissəsini satıb

SOCAR-ın törəməsi "Petkim"dəki payının daha bir hissəsini satıb
# 09 mart 2017 09:42 (UTC +04:00)

"SOCAR Türkiye Enerji" "Petkim Petrokimya Holding A.Ş."-dəki ümumi dəyəri 87,912 mln. lirə olan payını satıb.

"APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, birjada satılan səhmlərin nominal dəyəri 4,44 lirə, səhmlərin sayı isə 19,8 mln. ədəddir.

"Bununla da "SOCAR Türkiye Enerji"nin birbaşa və dolayı payını 52,32%-dən 51%-dək azalıb. "SOCAR Türkey Petrokimya A.Ş."-nin ümumilikdə "Petkim"də sahibi olduğu 51%-lik payında heç bir dəyişiklik olmayıb, birbaşa sahib olduğumuz səhmlər 1,32%-dən 0%-ə düşüb", - deyə şirkətin açıqlamasında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR