ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırır

ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırır
# 19 oktyabr 2016 05:49 (UTC +04:00)

Bakı - APA-Economics. Dünya bazarında neft bahalaşıb.

"APA -Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,45 dollar artaraq 50,74 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,44 dollar artaraq 52,12 dollar olub.

Analitiklər hesab edir ki, neft bahalaşsa da bu tendensiya bu n ərzində dəyişə bilər.

Neftin bahalaşmasına ötən həftə ABŞ-da "qara qızıl" defisitinin yaranmasıdır. ABŞ-ın Neft İnstitutunun yaydığı məlumata görə, qeyd edilən müddətdə tələb təklifi 3,8 mln. barrel üstələyib və kommersiya ehtiyatları bu qədər azalıb. Analitiklər isə kommersiya ehtiyatlarının 2,1 mln. barrel artmasını proqnozlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR