İraqın neft naziri: “Hasilat azaldılacaq, razılıq əldə etmişik”

İraqın neft naziri: “Hasilat azaldılacaq, razılıq əldə etmişik”
# 30 noyabr 2016 10:51 (UTC +04:00)

OPEC-ə üzv ölkələr bu gün keçiriləcək iclasda neft hasilatının azaldılması ilə bağlı qərar qəbul edəcəklər. “APA-Economics” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraqın neft naziri Cabar Ali əl-Lyaibi deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı artıq müsbət nəticələr əldə olunub. “Biz razılıq əldə etmişik. Hasilat azaldılacaq. Razılıq 6 ay müddətinə nəzərdə tutulub, OPEC-ə üzv ölkələrin nazirləri yekdilliklə hasilatın məhdudlaşdırılmasını qəbul edirlər”, - deyə nazir qeyd edib.

Cabar Ali əl-Lyaibi hasilatın azaldılmasının neft qiymətlərin artmasına gətirib çıxaracağını deyib: “İraq hasilatın azaldılmasından sonra neft qiymətlərinin bir barrelə görə 55 dollara qədər və daha çox artacağını proqnozlaşdırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR