Türkmənistan prezidenti atla Aşqabadı gəzib

Türkmənistan prezidenti atla Aşqabadı gəzib
# 25 oktyabr 2017 11:45 (UTC +04:00)

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov atın üstündə yeni inşa edilən tikililərə baxış keçirib.

APA-nın “Türkmənistan xronikası” nəşrinə istinadən xəbərinə görə, bununla bağlı video görüntü yayılıb.

Videodan aydın görünür ki, Q. Berdiməhəmmədov idman geyimində Aşqabadda tikinti aparılan ərazini gəzir. O, Aşqabad merinin xahişi ilə yeni tikililər haqqında rəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR