Prokuror Bakıda ticarət mərkəzinə bomba qoyulması barədə yalan məlumat verən şəxsə cəza istəyib

Prokuror Bakıda ticarət mərkəzinə bomba qoyulması barədə yalan məlumat verən şəxsə cəza istəyib
# 21 noyabr 2017 13:50 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Pərviz Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, P. Orucovun cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib.

Prokuror təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, P. Orucov polisə zəng edərək kirayədə yaşadığı evin yaxınlığındakı "Metropark" ticarət mərkəzində bomba olması barədə məlumat verib. Məlumat yalan çıxdığına görə, o, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR