"İpək Yolu Sığorta" aktivlərini 11% artırıb

"İpək Yolu Sığorta" aktivlərini 11% artırıb
# 24 iyun 2015 08:19 (UTC +04:00)

Bakı - APA-Economics. "İpək Yolu Sığorta" ASC 2015-ci ilin I rübündə aktivlərini ilin əvvəli ilə müqayisədə 10,7% artırıb.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, 2015-ci ilin əvvəlinə şirkətin məcmu aktivləri 28,843 mln. manat olduğu halda, aprelin 1-ə bu göstərici 31,935 mln. manat təşkil edib.

Aktivlərin tərkibində nəzər salanda məlum olur ki, burada cəmi qısamüddətli aktivlər 30,755 mln. manat, cəmi uzunmüddətli aktivlər isə 1,180 mln. manatdır.

Ona da qeyd edək ki, qısamüddətli aktivlərin strukturunda sığorta ehtiyatlarında təkrarsığortaçıların payı 6,141 mln. manatdır ki, bunun da hamısı qeyri-həyat sığortası sahəsi üzrədir.

Hesabat dövründə şirkətin nizamnamə kapitalında dəyişiklik baş verməyib. Sığortaçının ödənilmiş nominal kapitalı ilin əvvəlindəki kimi 14,770 mln. manat olub. Şirkətin cəmi kapitalı 7,5% artaraq aprelin 1-ə 20,288 mln. manat olub.

Martın sonuna şirkətin öhdəlikləri 16,9% artaraq 11,647 mln. manat təşkil edib. Şirkətin öhdəliklərinin tərkibinə nəzər salanda məlum olur ki, burada uzunmüddətli öhdəliklərin payı 11,252 mln. manat, qısamüddətli öhdəliklərin payı isə 395,173 min manatdır.

"İpək Yolu Sığorta" I rübü 1 mln. 409,934 min manat həcmində xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR