DGK: Gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı şəxs xidmət etmir

DGK: Gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı şəxs xidmət etmir
# 17 noyabr 2017 08:30 (UTC +04:00)

Noyabrın 17-də bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayan Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb və həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir.


APA-nın məlumatına görə, bu barədə DGK-nin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir: "Bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR