Polşada 80-dək avtomobil toqquşub, 34 nəfər xəsarət alıb

Polşada 80-dək avtomobil toqquşub, 34 nəfər xəsarət alıb
# 27 yanvar 2017 10:28 (UTC +04:00)

Polşada 80-ə yaxın avtomobilin toqquşması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın “sputnik.by” saytına istinadən verdiyi xəbərə görə, buna səbəb kimi dumanlı hava şəraiti göstərilir.

Hadisə nəticəsində 34 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Ölkə prokurorluğu hadisə ilə bağlı araşdırma aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR