Mərakeş polisi İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 15 nəfəri saxlayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat çərçivəsində saxlanılanların adları açıqlanmır.
Onların terror aktları törətmək məqsədi ilə partlayıcı vasitələr əldə etdikləri bildirilir. Mərakeş DİN-in məlumatına əsasən, saxlanılanlar Mərakeş, Kasablanka, Ağadır və Tanjer şəhərində fəaliyyət göstəriblər.