Bakıda "Opel", Şabranda "QAZ" yanıb

Bakıda "Opel", Şabranda "QAZ" yanıb
# 11 aprel 2017 18:52 (UTC +04:00)

Bakı və Şabranda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Şabran rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR