ISESCO baş direktoru Mehriban Əliyevanı təbrik edib

ISESCO baş direktoru Mehriban Əliyevanı təbrik edib
# 07 mart 2017 13:31 (UTC +04:00)

ISESCO baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunması münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, ISESCO baş direktorunun məktubunda deyilir:

“Hörmətli Mehriban xanım Əliyeva. Ölkənizin ümummilli məsələlərinin irəliləməsi və Azərbaycan cəmiyyətinin inkişafı naminə böyük səylərinizin zati-aliləri prezident İlham Əliyev tərəfindən dəyərləndirilərək birinci vitse-prezident vəzifəsinə təyin olunmağınız münasibətilə sizi təbrik etməkdən şərəf və məmnunluq duyuram. Sizin bariz keyfiyyətləriniz, güclü qabiliyyətiniz və zəngin təcrübəniz üzərinizə düşən vəzifələrin layiqincə və tam şəkildə yerinə yetirilməsinə imkan verib və həqiqətən Azərbaycan xalqının yüksək rəğbətini və ehtiramını qazandırıb. Ulu Tanrıdan dəyərli ölkənizə xidmət üçün şərəfli vəzifənizin yerinə yetirilməsində sizə uğurlar diləyirəm. Zati-aliləri birinci vitse-prezident, mənim dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR