Almaniyada 1,8 tonluq bombanın zərərsizləşdirilməsi üçün 26 min insan evakuasiya edilib

Almaniyada 1,8 tonluq bombanın zərərsizləşdirilməsi üçün 26 min insan evakuasiya edilib
# 08 aprel 2018 13:18 (UTC +04:00)

Bu gün Almaniyanın Paderborn şəhərində İkinci Dünya Müharibəsi zamanı atılmış bomba ilə əlaqədar 26 min insan evakuasiya edilib.

APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, Böyük Britaniya istehsalı olan 1,8 ton bomba 3 gün əvvəl şəhərdəki evlərdən birinin bağında aşkarlanıb.

Bomba 80 sm dərinlikdə yerləşdiyi üçün zərərsizləşdirilmək üçün partladılan zaman böyük dağıntıya yol açacağı gözlənilir. Hüquq-mühafizə orqanları bombadan 1,5 km radiusda sakinləri evakuasiya edib. Yaxınlıqda yerləşən iki xəstəxana, bir universitet, bir neçə ev boşaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR