RYTN sistemində bu il işə qəbul olunan və işdən çıxarılanların statistikası açılanıb

RYTN sistemində bu il işə qəbul olunan və işdən çıxarılanların statistikası açılanıb
# 25 oktyabr 2016 17:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Cari ilin 9 ayı ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mərkəzi aparatında struktura daxil olmayan qurumlar və struktura daxil olan tabeliyindəki qurumlar üzrə 1 181 nəfər işə qəbul olub, 1 268 nəfər isə işdən azad olunub.

"APA-Economics" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, işdən azad olunanların 1 142 nəfəri öz ərizəsi, 126 nəfəri isə Əmək Məcəlləsinin müvafiq maddələri ilə işdən azad edilib: “Nazirlik üzrə 2 nəfər, nazirliyin strukturuna daxil olan qurumlarda isə 410 nəfər başqa vəzifələrə keçirilib. Bunlardan 199 nəfəri vəzifədə irəli çəkilib, 71 nəfərinin vəzifəsi aşağı salınıb, 141 nəfər struktur dəyişikliyi nəticəsində başqa vəzifələrə keçirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR