Qaxda yaşayış evi yanıb

Qaxda yaşayış evi yanıb
# 30 yanvar 2017 08:39 (UTC +04:00)

Bu gün Qaxda fərdi yaşayış evində yanğın olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Əlibəyli kəndində, kənd sakini Eqnate Barixaşviliyə məxsus ümumi sahəsi 168 kv/m olan 5 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Hadisə nəticəsində evin 1 otağının tavan və çardaq hissəsi 40 kv.m sahədə yanıb. Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR