VTB: Borcgötürənlərin 60%-i problemlə üzləşir

VTB: Borcgötürənlərin 60%-i problemlə üzləşir
# 02 noyabr 2016 08:22 (UTC +04:00)

"Azərbaycanın bank sektorunun digər iştirakçıları kimi, "Bank VTB (Azərbaycan)" da şok effekti yaradan manatın devalvasiyasından əziyyət çəkir". "APA-Economics" xəbər verir ki, bunu "Bank VTB"-nin İdarə Heyəti sədrinin müavini Mixail Osiyevski bu gün Bakıda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, devalvasiyadan öncə Azərbaycanın bank sektorunun aktivlərinin təxminən 80%-i xarici valyutada olub: "Bu səbəbdən devalvasiya nəticəsində borcgötürənlərin təxminən 60%-i öz öhdəliklərinin yerinə yetirilməsində çətinliklə üzləşib, hazırda da üzləşir, gələcəkdə də üzləşəcək. Təbii ki, belə vəziyyətdə bankların əlavə kapitala ehtiyacı yarandı. Bu kapital hesabına yaranacaq itkiləri kompensasiya edən ehtiyatlar yaradılmalı idi. Tənzimləyicinin atacağı addımlar bizdən asılı deyil. Buna görə, biz bilmirik ki, tənzimləyici sərt siyasət yürüdəcək, yoxsa səhmdarlara əlavə kapital formalaşdırmaq üçün vaxt verəcək. İnanıram ki, tənzimləyicinin atacağı zəruri addımlar sektoru gücləndirəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR