Maksim Oreşkin: "Neft hasilatının azaldılması barədə razılaşmanın uzadılmasına dair heç bir xəbər yoxdur"

Maksim Oreşkin: "Neft hasilatının azaldılması barədə razılaşmanın uzadılmasına dair heç bir xəbər yoxdur"
# 28 sentyabr 2017 22:18 (UTC +04:00)

"OPEK və istehsalçı ölkələr arasında neft hasilatının azaldılması ilə bağlı əldə olunan razılaşma neft bazarını sabitləşdirib". APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Stavropolda keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib. Onun sözlərinə görə, bu razılaşmanın müddətinin uzadılması ilə bağlı qərar qəbul ediləcək: “Lakin hələlik heç bir xəbər yoxdur”.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də öz növbəsində ölkəmizin neft hasilatının azaldılması ilə bağlı öhdəliyi yerinə yetirdiyini vurğulayıb: "Bundan sonra da əldə olunan razılaşmaları icra etməyə davam edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR