Gədəbəydə ev, Masallıda isə mağaza yanıb

Gədəbəydə ev, Masallıda isə mağaza yanıb
# 16 yanvar 2017 22:23 (UTC +04:00)

Ötən axşam Gədəbəy və Masallıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gədəbəy rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Masallı rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 28 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR