"Azəravtoyol": Yollarda hər-hansı problem müşahidə olunmur

"Azəravtoyol": Yollarda hər-hansı problem müşahidə olunmur
# 23 yanvar 2017 08:05 (UTC +04:00)

"Respublikanın dağlıq ərazilərinə ötən axşam və gecə yağan qar səbəbi ilə hazırda avtomobil yollarında hər-hansı problem müşahidə olunmur". Bunu "APA-Economics"ə "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.


"Yollara cəlb olunmuş qar təmizləyən texnika və canlı qüvvə tərəfindən nəqliyyat vasitələrinin hərəkətində təhlükəsizlik və fasiləsizlik təmin olunub", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR