Sumqayıtda xəstəxanaya yeni baş həkim təyin olunub

Sumqayıtda xəstəxanaya yeni baş həkim təyin olunub
# 20 fevral 2019 17:25 (UTC +04:00)

Sumqayıtda səhiyyə sistemində kadr dəyişikliyi olub.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahı Elçin Ələddin oğlu Quliyev 3 saylı Sumqayıt şəhər Xəstəxanasının baş həkimi təyin edilib.

Xəstəxanadan ONA-ya yeni təyinatı təsdiqləyiblər.

Ramil Zeynallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR