Gəncədə baş verən dava zamanı daha 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Gəncədə baş verən dava zamanı daha 2 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 20 avqust 2017 22:05 (UTC +04:00)

Gəncədə Məhsəti qəsəbəsində baş verən dava zamanı daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Məhsəti qəsəbəsinə baçısı və oğlu 1997-ci il təvəllüdlü Ramil Rəhimovla qonaq gedən Sərdar Məmmədovla orada olan 1981-ci il təvəllüdlü Azər Ələsgərov arasında dava düşüb. Nəticədə S. Məmmədov bıçaqlanıb. R. Rəhimov və A. Ələsgərovda müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərərfindən araşdırma aparılır.

***

Gəncə sakini bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1975-cı il təvəllüdlü Sərdar Məmmədov qonşusu ilə mübahisə edən zaman qarın nahiyəsindən bıçaqlanıb. O xəstəxanaya getmək üçün sükan arxasına əyləşib. Çoxlu qan itirən sürücü yolda idarəetməni itirib və “Honda” markalı avtomobil ilə şəhərin Nizami Gəncəvi küçəsində qəzaya uğrayıb. Ağır bədən xəsarətləri alan S. Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Bundan başqa avtomobildə olan bacısı, 1963-cü il təvəllüdlü Mehriban Məmmədova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR