Dələduzluqda təqsirləndirilən müstəntiqin məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən müstəntiqin məhkəməsi başlayıb
# 10 yanvar 2017 08:48 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 13-nə təyin edilib.

Qeyd edək ki, T. Qurbanov 6 nəfər vətəndaşın etibarından istifadə edərək, onlardan ümumilikdə 80 min manat pul alıb və geri qaytarmayıb. Zərərçəkmişlərin hüquq-mühafizə orqanlarına şikayətləri əsasında onun barəsində axtarış elan olunub. Daha sonra T.Qurbanov saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

T. Qurbanov əvvəllər müstəntiq, istintaq şöbəsinin rəisi vəzifəsində çalışıb. O, Vəkillər Kollegiyasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR