ABŞ Usama ben Ladenin oğluna qarşı sanksiyalar tətbiq edib

ABŞ Usama ben Ladenin oğluna qarşı sanksiyalar tətbiq edib
# 05 yanvar 2017 20:47 (UTC +04:00)

ABŞ Usama ben Ladenin oğlu Həmzə ben Laden və “Ərəbistan yarımadasında Əl Qaidə” qruplaşmasının lideri İbrahim əl-Bana qarşı sanksiyalar tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

Məlumata görə, Həmzə ben Laden sanksiya siyahısına ABŞ-ın milli təhlükəsizliyi və vətəndaşlarına ciddi təhlükə yaradan fəaliyyətinə görə daxil edilib. Dövlət Departamentinin məlumatına əsasən, o, 2015-ci ilin avqustundan “Əl Qaidə”-nin sıralarına qatılıb və qərb ölkələrin paytaxtlarında hücumlar törətməyə çağırıb.

ABŞ bundan əvvəl İbrahim əl-Banın ələ keçirilməsinə dəstək olana 5 mln. dollar vəd etmişdi.

Qeyd olunan şəxslərin ABŞ ərazisində bütün əmlakı və maliyyə aktivlərinə həbs qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR