Şəhər rayonlarında zibil tutumları arasında məsafə 100 metrdən çox olmayacaq

Şəhər rayonlarında zibil tutumları arasında məsafə 100 metrdən çox olmayacaq
# 11 dekabr 2017 08:43 (UTC +04:00)

Azərbaycanın şəhər rayonlarının inzibati mərkəzlərində zibil tutumları (urnalar) arasında məsafə 100 metrdən çox olmayacaq.

APA-nın məlumatına görə, bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında” qanunun 12-ci (Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblər) maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, şəhər rayonları inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR