Xaçmazda maşın ağaca çırpılıb, sürücü ölüb

Xaçmazda maşın ağaca çırpılıb, sürücü ölüb
# 24 iyul 2015 08:16 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Mollaburhan kəndində qeydə alınıb.

Xaçmaz rayonu, Qımılqışlaq kənd sakini, 1987-ci il təvəllüdlü Vüsal Səfərovun idarə etdiyi 27 BA 251 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobil yol kənarındakı ağaclara çırpılıb. Hadisə nəticəsində sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR