Xəzərdəki zəlzələ Xızıda sürüşməyə səbəb olub

Xəzərdəki zəlzələ Xızıda sürüşməyə səbəb olub
# 30 noyabr 2016 12:11 (UTC +04:00)

Xızı-Altıağac yolunda baş verən sürüşmənin səbəbləri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, atmosfer yağıntıları və noyabrın ortalarında Xəzər dənizində baş vermiş zəlzələnin təsirindən yolun 10-cu km-dən başlayaraq müxtəlif yerlərdə böyük ərazini əhatə edən sürüşmə-çökmə baş verib.

”Yolboyu istinad divarlarında, yol kənarında hasarlar 2 metr irəli gedib. Yolda hərəkətin bərpası istiqamətində işlər aparılır. Elə yer var ki, qırılma qaşının hündürlüyü bəzən 2 metrə çatır. Sürüşmə prosesi davam edir. Ərazi tektonik cəhətdən çox mürəkkəb relyefə malikdir. Ərazidə çoxsaylı çatlar var ki, həmin çatlar vasitəsilə yeraltı sular çıxır” - deyə Ə. Qaralov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR