ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 2% qabaqlayır.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, “Fox News” telekanalının keçirdiyi son sorğuya əsasən, Klinton seçicilərin səsinin 45, Tramp isə 43 faizini toplaya bilər.
“Fox News”-un əvvəlki sorğusunda Klinton Trampı 3 faiz qabaqlayırdı. 1-3 noyabrda keçirilən sorğuda 1211 nəfər iştirak edib.
Xatırladaq ki, ABŞ-da noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.