Rusiya MSK Putinin mətbuat katibinə irad bildirib

Rusiya MSK Putinin mətbuat katibinə irad bildirib
# 02 fevral 2018 10:24 (UTC +04:00)

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova irad bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, E. Pamfilova bildirib ki, prezidentliyə namizədlərdən birinin xeyrinə olan təşviqat elementlərinin yer aldığı bəyanatlar yolverilməzdir.

"Yanvarın 29-da Peskovun prezidentliyə namizədlərdən birinin qiymətləndirməsi ilə bağlı açıqlaması yayılıb. Orada təşviqat əlamətləri var idi”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR