Ağsuda bir nəfəri şantaj edib, pul tələb edən şəxs saxlanılıb

Ağsuda bir nəfəri şantaj edib, pul tələb edən şəxs saxlanılıb
# 12 iyul 2017 12:46 (UTC +04:00)

Ağsuda bir nəfəri şantaj edib, pul tələb edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 6-da Ağsu şəhərinin ərazisində vətəndaş S.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 7000 ABŞ dolları almış Çaparlı kənd sakini Şənlik Hüseynov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR