Fransanın BMT-dəki daimi nümayəndəsi: “İranda dəyişikliklər xaricdən edilən müdaxilənin nəticəsi olmamalıdır”

Fransanın BMT-dəki daimi nümayəndəsi: “İranda dəyişikliklər xaricdən edilən müdaxilənin nəticəsi olmamalıdır”
# 06 yanvar 2018 00:16 (UTC +04:00)

İranda dəyişikliklər xaricdən edilən müdaxilənin nəticəsi olmamalıdır.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bunu Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delatr bəyan edib.

“Dəyişikliklər yalnız İran xalqının iradəsi ilə gerçəkləşməlidir”, deyə diplomat əlavə edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında İrandakı vəziyyətlə əlaqədar iclas keçirilir. İclas ABŞ-ın rəsmi sorğusu əsasında keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR