Səudiyyə Ərəbistanında terrorda şübhəli bilinənlər saxlanılıb

Səudiyyə Ərəbistanında terrorda şübhəli bilinənlər saxlanılıb
# 26 dekabr 2016 22:09 (UTC +04:00)

Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları ölkədə terror aktı törətməkdə şübhəli bilinən 11 nəfəri saxlayıb.

APA-nın məlumatına görə, bu barədə ölkənin Daxili işlər nazirliyi açıqlama yayıb.

Məlumata görə, həbslər son bir neçə gün ərzində Ər-Riyad vilayətində həyata keçirilib.

Saxlanılanların 6-sı Səudiyyə Ərəbistanı, 3-ü Pakistan, 2-si isə Sudan vətəndaşıdır. Hansı terror hadisələri nəzərdə tutulduğu barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR