AİİB TANAP-a 600 mln. dollar kredit ayırıb

AİİB TANAP-a 600 mln. dollar kredit ayırıb
# 22 dekabr 2016 04:35 (UTC +04:00)

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 mln. ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib. "APA-Economics" xəbər verir ki, AİİB-in vitse-prezidenti Dj Pandian deyib ki, Asiya ilə Avropa arasında enerji infrasturkturunun yenilənməsinə xidmət edən TANAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın, o cümlədən Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, kredit Azərbaycan hökumətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılıb. Bununla AİİB-in cari ildə ayırdığı kreditin ümumi məbləği 1,73 mlrd. dollara çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR