"Azəriqaz" abonentlərinin sayını açıqlayıb

"Azəriqaz" abonentlərinin sayını açıqlayıb
# 14 noyabr 2016 09:04 (UTC +04:00)

2016-cı ilin oktyabr ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 11 806 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 447-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8 359-u isə regionların payına düşüb.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 mln. 967 min 128-ə çatıb.

Oktyabrda əhali sektoru üzrə 199 mln. 922 min 765 kubmetr həcmində təbii qaz satılıb, ödəniş səviyyəsi 107,83% olub.

Onu da qeyd edək ki, 1 noyabr 2016-cı il tarixə olan məlumata görə, əhali sektoru üzrə 132 min 877 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 382 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR