Vətəndaşdan soyuq silah aşkar edilərək götürülüb

Vətəndaşdan soyuq silah aşkar edilərək götürülüb
# 21 oktyabr 2017 09:07 (UTC +04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus baqaja rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmağ"ın təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu səbəbdən baqaj təkrar yoxlanılıb. Nəticədə, baqajın içərisindəki şəxsi əşyaların arasında 2 ədəd "beşbarmaq" aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR