BTC kəməri nəql olunan Azərbaycan neftinin həcmi 21% azalıb

BTC kəməri nəql olunan Azərbaycan neftinin həcmi 21% azalıb
# 05 aprel 2017 14:50 (UTC +04:00)

Bu ilin mart ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 79 min 910 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, 2016-cı ilin mart ayı ilə müqayisədə 543 min 823 ton və ya 20,73% azdır.

Bu ilin yanvar-mart aylarında bu kəmərlə 6 mln. 481 min 809 ton neft ötürülüb. Bu isə 2016-cı ilin 3 ayı ilə müqayisədə 831 min 503 ton və ya 11,37% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il aprel ayının 1-ə qədər BTC-yə 328 mln. 19 min 871 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin mart ayında BTC kəməri ilə 17 min 471 ton Türkmənistan nefti nəql olunub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 422 min 691 ton və ya 25,19 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR