Komanda Qərargah Hərbi Oyunlarının ilkin mərhələsi başlayıb - FOTOSESSİYA

Komanda Qərargah Hərbi Oyunlarının ilkin mərhələsi başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 07 sentyabr 2015 14:10 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, birinci mərhələdə qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonları istiqamətində yerdəyişməsinin, səfərbərlik ehtiyatlarının toplanması və təyinatı üzrə göndərilməsinin mühafizə və müdafiəsinin təmin edilməsi məqsədilə döyüş aviasiyası ehtiyat aerodromlarına köçürülüb, eləcə də Raket və Artilleriya Qoşunlarının birlik və hissələri müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.


Kolonların hərəkəti və hərbi daşınmaların hava hücumundan qorunması Hava Hücumundan Müdafiə qoşunları tərəfindən həyata keçirilir.
Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidməti təşkil olunub.


Komanda Qərargah Hərbi Oyunları sentyabrın 13-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR