Bakıda usta təmirə gələn BMW-ni oğurlayıb

Bakıda usta təmirə gələn BMW-ni oğurlayıb
# 20 dekabr 2019 12:23 (UTC +04:00)

Bakıda avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 6-da Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Abdurrəhmanlı 20 Yanvar küçəsindəki avtomobillərin təmiri sexlərindən birinin qarşısından BMW markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, həmin sexdə usta işləyən R.Əliyev H.B.Əliyev küçəsində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR