Sumqayıtda mənzildə 85 yaşlı qadının meyiti tapılıb

Sumqayıtda mənzildə 85 yaşlı qadının meyiti tapılıb
# 30 oktyabr 2016 23:08 (UTC +04:00)

Sumqayıtda mənzildə 85 yaşlı qadının meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1931-ci il təvəllüdlü Ədiqə Qurban qızı Həsənovanın meyitini aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 00:40-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR