Sabirabadda 10 gün əvvəl avtomobillə vurulan məktəbli ölüb

Sabirabadda 10 gün əvvəl avtomobillə vurulan məktəbli ölüb
# 25 may 2018 16:35 (UTC +04:00)

Sabirabad rayonunda mayın 16-da avtomobillə vurularaq ağır xəsarət alan 14 yaşlı məktəbli xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayon sakini, 2004-cü il təvəllüdlü Məmmədov Elman Rəşad oğlu Bakıdakı xəstəxanalardan birində vəfat edib.

Elman Məmmədovu oxuduğu məktəbin qarşısında “Prado” markalı avtomobil vurub. Ağır kəllə-beyin travması və bud sümüyünün açıq sınığı xəsarəti alan məktəbli Sabirabad rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yeniyetmə sonradan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR