ATƏT yanında daimi nümayəndəlik: "ABŞ hökumətinin öz öhdəliklərini yerinə yetirə bilməməsindən təəsüflənirik"

ATƏT yanında daimi nümayəndəlik: "ABŞ hökumətinin öz öhdəliklərini yerinə yetirə bilməməsindən təəsüflənirik"
# 04 noyabr 2016 16:55 (UTC +04:00)

Biz ABŞ hökumətinin öz fiziki və hüquqi vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində öz öhdəliklərini yerinə yetirə bilməməsindən təəssüf hissi keçiririk.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin ATƏT Daimi Şurasının 1117 saylı iclasında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə bağlı bəyanatında deyilir.

Bildirilir ki, ATƏT-ə üzv ölkələr hüquqi və fiziki şəxslərin qanunsuz fəaliyyətlərinin qarısının alınması və dayandırılması üçün bir sıra öhdəliklər götürüblər: “Biz ABŞ hökumətini ATƏT yanında və digər öhdəliklərini yerinə yetirməyə və bu kimi fəaliyyətlərin qarışını almaq üçün təcili tədbirlər görməyə çağırırıq. Biz ABŞ hökumətini ATƏT-in müvafiq icra strukturlarının köməyi ilə öz milli qanunvericiliyini beynəlxalq öhdəliklərə uyğunlaşdırmağa və bu məsələ ilə bağlı dialoqa girməyə çağırırıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR