Nazarbayev: "Razılaşmaların reallaşdırılması Qazaxıstan-Azərbaycan əməkdaşlığının inkişafına təkan verəcək"

Nazarbayev: "Razılaşmaların reallaşdırılması Qazaxıstan-Azərbaycan əməkdaşlığının inkişafına təkan verəcək"
# 31 avqust 2017 15:34 (UTC +04:00)

Qazaxıstan prezident Nursultan Nazarbayev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, N Nazarbayev əsrin dörddəbir hissəsi müddətində ölkələr arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyini və ildən-ilə intensiv artımını davam etdirdiyini bildirib: “Aprel ayı ərzində ölkənizə həyata keçirilən rəsmi səfərim zamanı aparılan danışıqlar Qazaxıstan və Azərbaycan arasında münasibətlərdə yeni sərhədlərin açılmasını, müxtəlif sahələrdə əməkdaşlığın yeni prioritet istiqamətlərini müəyyən edib. Şübhəsiz ki, əldə olunmuş razılaşmaların reallaşdırılması dövlətlərimiz arasında strateji əməkdaşlığın inkişafına əlavə təkan verəcək”.

Prezident Nursultan Nazarbayev həmkarı İlham Əliyevə möhkəm can sağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətində uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR