Parlament dövlət büdcəsinə təklifləri dəyərləndirmək üçün hökumətə vaxt verib

Parlament dövlət büdcəsinə təklifləri dəyərləndirmək üçün hökumətə vaxt verib
# 07 dekabr 2016 15:13 (UTC +04:00)

Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb.

"APA-Economics" xəbər verir ki, parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 9 gün vaxt verilib.

Müzakirələrdən sonra spiker Oqtay Əsədov deyib ki, hökumət dekabrın 16-na kimi qaldırılan məsələlərə baxa bilər və dekabrın 16-da büdcə layihəsi səsverməyə çıxarılacaq.

Qeyd edək ki, büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi dekabrın 8-də davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR