Bakı sakinini şantaj edən şəxs tutulub

Bakı sakinini şantaj edən şəxs tutulub
# 12 aprel 2017 10:00 (UTC +04:00)

Bakı sakinini şantaj edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini olan bir nəfər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə müraciət edərək paytaxt sakini olan Rövşən Xankişiyev tərəfindən döyüldüyünü, çılpaq şəkillərini çəkib sosial şəbəkədə yayacağı ilə hədələyərək ondan 1000 manat pul tələb etdiyini bildirib.

22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Xankişiyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR