ABŞ-da binada partlayışdan sonra yanğın olub, ölənlər var

ABŞ-da binada partlayışdan sonra yanğın olub, ölənlər var
# 06 noyabr 2016 07:07 (UTC +04:00)

ABŞ-ın Arizona ştatındakı Peyson şəhərində çoxmənzilli binada partlayışdan sonra güclü yanğın başlayıb.

APA-nın yerli CBS5AZ telekanalına istinadən verdiyi məlumata görə, ölənlər və çoxlu sayda yaralananlar var.

Şəhərin Yanğın Xidməti partlayışın qaz sızması nəticəsində baş verdiyi barədə məlumat yayıb. Bütün binanı yanğın bürüyüb. Qonşu şəhərlərdən də yanğınsöndürmə briqadaları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR