Bakıda iki maşın toqquşub, xəsarət alanlar var

Bakıda iki maşın toqquşub, xəsarət alanlar var
# 05 mart 2019 03:55 (UTC +04:00)

Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, hadisə Nəsimi rayonunda, Dəniz limanı yaxınlığında baş verib.

Yüksək sürətlə hərəkət edən “VAZ-2107” markalı avtomobil qarşısındakı “Mercedes”-ə çırpılıb. Zərbənin təsirindən “VAZ-2107” deformasiyaya uğrayıb. İçərisində olan sürücü Ceyhun Ağayev və sərnişin bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Bundan başqa “Mercedes”in sürücüsü də üz nahiyəsindən aldığı xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı əraziyə Yol Patrul Xidməti və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. İlkin məlumata görə, qəzaya səbəb C. Ağayevin sürət həddini aşması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR