Azərbaycan və Özbəkistan xarici işlər nazirləri arasında görüş keçirilib

Azərbaycan və Özbəkistan xarici işlər nazirləri arasında görüş keçirilib
# 17 oktyabr 2016 15:33 (UTC +04:00)

Bakı – APA. İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının 43-cü iclasında iştirak etmək məqsədilə Daşkənddə işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov özbək həmkarı Əbdüləziz Kamil ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlər iki ölkə arasındakı siyasi dialoq və hərtərəfli əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə ediblər. E. Məmmədyarov tarixi İpək Yolunun bərpası və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir-yol layihəsi haqqında danışaraq Özbəkistanın da bu nəqliyyat dəhlizindən istifadə etməsi üçün əlverişli imkanların olduğunu bildirib.

Nazirlər nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi və iqtisadi-ticarət əlaqələrinin artırılması üçün nümayəndə heyətləri səviyyəsində qarşılıqlı səfərlərinin təşkilinin vacibliyini vurğuladılar.

Görüşdə İƏT-in gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR