Sabahın hava proqnozu: Küləyin güclənməsi ilə əlaqədar çimərliklərə getmək məsləhət görülmür

Sabahın hava proqnozu: Küləyin güclənməsi ilə əlaqədar çimərliklərə getmək məsləhət görülmür
# 06 iyul 2018 11:17 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında iyulun 7-də hava şəraiti yağmursuz keçəcək. Arabir güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 759 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.

İyulun 7-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyinin güclənməsi yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar çimərliklərə üz tutmaq məsləhət görülmür.

Azərbaycanın rayonlarında iyulun 7-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

İyulun 7-də Abşeron yarımadasında xəzri küləyinin güclənməsi ilə əlaqədar temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR