MSK-da Müstəqil Media Mərkəzi fəaliyyət göstərəcək

MSK-da Müstəqil Media Mərkəzi fəaliyyət göstərəcək
# 06 mart 2018 13:26 (UTC +04:00)

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında Müstəqil Media Mərkəzi fəaliyyət göstərəcək.

APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, jurnalistlər Müstəqil Media Mərkəzinin imkanlarından istifadə edərək orada seçki ilə bağlı tədbirlərlə əlaqədar məlumatları hazırlaya və çalışdıqları KİV-ə göndərə bilərlər.

Sabah "Hilton" otelində yerləşən Müstəqil Media Mərkəzinin təqdimatı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR