Cəbhə xəttində xidmət edən əsgərlərlə görüş keçirilib

Cəbhə xəttində xidmət edən əsgərlərlə görüş keçirilib
# 11 avqust 2017 17:24 (UTC +04:00)

Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat Dəstəsi cəbhə xəttində xidmət edən əsgərlərlə görüş keçirib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hərbi hissələrdə mədəni-kütləvi tədbirlərin təşkil edilməsində məqsəd ölkəmizin zəngin və qədim tarixinin öyrənilməsi, hərbi ənənələrin təbliğ olunması, hərbi qulluqçuların mənəvi-psixoloji ruhunun yüksəldilməsindən ibarətdir.

Görüşlər zamanı ön xətdə xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə yaxından tanış olunub və əsgərlərlə geniş söhbətlər aparılıb.

Sonra şəxsi heyətlə hərb tarixi mövzusunda viktorina keçirilib. Musiqi dəqiqələri ilə davam edən görüş, sonda idman yarışı ilə yekunlaşıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR