Gürcüstanda türkiyəli biznesmeni intim video ilə şantaj edən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda türkiyəli biznesmeni intim video ilə şantaj edən Azərbaycan vətəndaşı saxlanılıb
# 14 iyul 2018 10:56 (UTC +04:00)

Gürcüstanda türkiyəli iş adamını intim həyatı ilə bağlı şantaj edən Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, saxlanılan 1979-cu il təvəllüdlü S. Z. adlı qadının müvəqqəti olaraq Marneulidə yaşadığı və fahişəliklə məşğul olduğu müəyyən olunub.

Azərbaycan vətəndaşı sıx münasibət qurduğu türkiyəli biznesmendən şantaj yolu ilə 300 lari məbləğində pul tələb edib. O, iş adamını intim həyatı ilə bağlı videonu sosial şəbəkələrdə yayacağı ilə bağlı hədələyib.

Azərbaycan vətəndaşı tələb etdiyi məbləği iş adamından alarkən polis tərəfindən saxlanılıb. Onu 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR